“Yaxında Suriyadakı terrorçu qrupları zərərsizləşdirmək üçün əməliyyata başlayacağıq”


Dünya 08 Yan 2019 16:31:00 248 0

“Yaxında Suriyadakı terrorçu qrupları zərərsizləşdirmək üçün əməliyyata başlayacağıq”

Bütün hazırlıqlarımızı tamamlamışıq. Çox yaxın zamanlarda Suriya torpaqlarındakı terrorçu qruplaşmları zərərsizləşdirmək üçün hərbi əməliyyatlara başlayacağıq.

Son.az report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında deyib.

"ABŞ Prezidenti Donald Trampın qərarı istinad nöqtəmizdir. Hərbi hərəkat üçün hazırlıqlarımızı başa çatdırmışıq. PKK/YPG-PYD ilə bağlı da addımlar atmaqda qətiyyətliyik. Həssaslığımızı bildikləri halda, terror qruplaşmalarının arxasında duranlara sözümüz var. Türkiyə hər zaman sözünün üstündə duran ölkə olub, müttəfiqlərindən də eyni diqqəti gözləyir", - Türkiyə lideri vurğulayıb.