Sərnişindaşımada yeni sistem:


Digərləri 08 Yan 2019 16:14:00 198 0

Sərnişindaşımada yeni sistem:

Azərbaycanda sərnişindaşımada vahid bilet sistemi tətbiq ediləcək.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, vahid bilet sistemi yeni mexanizmdir və bir neçə hissəyə bölünür: "İlk mərhələdə görüləcək işlər onlayn bilet sistemi ilə bağlıdır. Hazırda Bakı Beynəlxalq Avtovağzalından yalnız bir istiqamətdə onlayn bilet almaq mümkündür. Vahid bilet sisteminin tətbiqindən sonra hər iki istiqamətdə bilet almaq mümkün olacaq, o cümlədən sərnişinlər onlayn sistemlə rayonlardan Bakı istiqamətinə də bilet ala biləcəklər".

N.Allahyarova qeyd edib ki, bundan başqa, avtovağzallarda vahid dispetçer mərkəzləri yaradılacaq: