Bu ərazilərdə sabah işıq olmayacaq
Digərləri 08 Yan 2019 16:17:00 189 0
Bağlar ETSİ-nin 35/6 kV-luq 91 saylı yarımstansiyadan çıxan Mehdiabad-1,2 EVX-də və 35/6 kV-luq 143 saylı yarımstansiyada təmir işləri ilə əlaqədar olaraq yanvarın 9-da saat 10:00-dan 14:30-a qədər Mehdiabad və Saray qəsəbələrinin bəzi ərazilərində, Qurd Dərəsi, Corat bağlarında elektrik enerjisinn verilişində qısa müddətli fasilələr yaranacaq.
Bu barədə Son.az-a "Azərişıq" ASC-dən məlumat verilib.
Yaranmış narahatçılığa görə "Azərişıq" ASC istehlakçılardan üzr istəyir.
Mənbə: milli.az