Benzema üçün 2 namizəd


İdman 08 Yan 2019 16:17:00 495 0

Benzema üçün 2 namizəd

Chelsea hücumçu axtarışını davam etdirir.

Goal.az xəbər verir ki, London klubu bu məsələni qış transferi dövründə həyata keçirməyi nəzərdə tutur. Əsas namizədlərdən biri Real-ın forvardı Kərim Benzema sayılır. Əvvəllər də Benzemanın “zadəganlar”la əlaqəsinin olduğu deyilirdi. Fransızın PSG-nin diqqət mərkəzində olduğu da məlumdur.

Hücumçu 2009-dan Real-ın formasını geyinir. Klubla birlikdə 17 mükafat qazanıb. 31 yaşlı futbolçu bu mövsüm İspaniya çempionatında 18 oyunda meydanda olub. Hesabına 7 qol və 2 məhsuldar örtürmə yazdırıb.