Bu ay ərzində əmək pensiyalarının indeksləşdirilərək artırılması nəzərdə tutulur


Digərləri 08 Yan 2019 15:27:00 204 0

Bu ay ərzində əmək pensiyalarının indeksləşdirilərək artırılması nəzərdə tutulur

Fərdi hesablardakı pensiya kapitalı məbləğləri də indeksləşdirilərək artırılacaq

Bakı. Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti addım kimi, bu ay ərzində əmək pensiyalarının indeksləşdirilərək artırılması təmin ediləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, belə ki, “Əmək pensiyaları haqqında” Qanunda əmək pensiyalarının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi nəzərdə tutulur. İndeksləşdirmə Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yanvar ayı ərzində təqdim olunacaq rəsmi məlumatda 2018-ci il üzrə ölkəmizdə orta aylıq nominal əməkhaqqının artım tempi göstəricisi əsas götürülməklə həyata keçiriləcək. Pensiyaların 2019-cu ilin 1 yanvar tarixinə olan məbləği həmin göstəriciyə uyğun şəkildə və cari ilin əvvəlindən indeksləşdirilərək artırılacaq.