Keyfiyyətli elmi tədqiqatlar UNEC-in hədəfində (FOTO)


Digərləri 08 Yan 2019 15:36:00 171 0

Keyfiyyətli elmi tədqiqatlar UNEC-in hədəfində (FOTO)

Elmi tədqiqatların səviyyəsinin yüksəldilməsi və elmi pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi yolları müzakirə edilib.

Bakı. UNEC-də bütün kafedra müdirlərinin iştirakı ilə elmi tədqiqatların səviyyəsinin yüksəldilməsi və elmi pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi yolları müzakirə edilib. Universitetdən Trend-ə verilən məlumata görə, dissertasiya işlərinin həcminə deyil, aktuallığına və əldə olunan nəticəyə önəm verilməsi, müdafiə ilə bağlı tələb olunan sənədlərin sayının minimuma endirilməsi təklif edilib, Dissertasiya işlərinin müdafiəsinin mümkün qədər elektronlaşdırılması, dünya təcrübəsinə əsaslanaraq, PhD dərəcəsi olan şəxslərə professor adının verilməsi məsələsinə baxılaraq məqsədəuyğun olduğu bildirilib.