"A-QROUP" 60 sığortalının onkoloji xəstəliyinin müalicəsini ödəyib


Digərləri 08 Yan 2019 15:26:00 205 0

"A-QROUP" 60 sığortalının onkoloji xəstəliyinin müalicəsini ödəyib

2018-cı ilin yekunlarına görə A-Qroup 60 onkoloji xəstənin müalicəsini ödəyib.

Bakı. 2018-cı ilin yekunlarına görə A-Qroup 60 onkoloji xəstənin müalicəsini ödəyib. Şirkətdən Trend-ə verilən məlumata görə, xəstliyin ilkin mərhələlərində diaqnostikanın, ixtisaslı tibbi yardımın göstərilməsi və cəld maliyyə köməyinin olması halında qoyulmuş qorxunc diaqnozdan sonra belə yaşamaq şansı kifayət qədər böyükdür. A-Qroup öz Sığortalılarına maliyyə köməyi göstərərkən məhz bunu rəhbər tutur. Sığortalılar Azərbaycanın və Türkiyə,Rusiya, Almaniya, İsrail və başqa ölkələrin ən yaxşı klinikalarında müayinə və müalicə olunublar.