ISESCO 2019cu ili “İslam mədəni irsi ili” elan edib


Digərləri 08 Yan 2019 15:18:00 265 0

ISESCO 2019cu ili “İslam mədəni irsi ili” elan edib

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) İslam ölkələri mədəniyyət nazirləri konfransının qərarına uyğun olaraq 2019-cu ili "İslam mədəni irsi ili" elan edib.

Mədəniyyət Nazirliyindən Son.az-a verilən məlumata görə, ISESCO öz bəyanatında üzv dövlətləri bu əlamətdar hadisənin bayram edilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırıb. Təşkilat, həmçinin maddi və qeyri-maddi mədəni irsin xalqların tarixi yaddaşının və adət-ənənələrinin qorunub saxlanılmasında əhəmiyyətini vurğulayıb.

Qeyd olunub ki, İslam dünyası müsəlman ölkələrinin və onların dünyanın digər mədəniyyətləri ilə qarşılıqlı fəaliyyətinin, həmçinin yaradıcı ziyalıların - alimlərin, şairlərin yazıçıların, rəssamların, memar və ənənəvi sənət ustalarının məhsuldar əməyinin bəhrəsi olan zəngin və rəngarəng mədəni irsə malikdir.