Real-ın yeni transferi nömrə seçimini etdi


İdman 08 Yan 2019 14:52:00 250 0

Real-ın yeni transferi nömrə seçimini etdi

Goal.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 19 yaşlı oyunçu ilə 2025-ci ilin iyununa kimi müqavilə imzalanıb. O, yeni klubunda 21 nömrəli forma geyinəcək.

Real yeni transferi Brahim Diası ictimaiyyətə təqdim edib.

Qeyd edək ki, İspaniya mətbuatı Real-ın bu transfer üçün Manchester City-yə 15 milyon avro təzminat ödədiyini yazıb. Əldə ediləcək uğurlar və şəxsi göstəricilərdən asılı olaraq bu məblğə 7 milyon avro da artırıla bilər.