Güclü küləklə bağlı sərnişinlərə XƏBƏRDARLIQ! Avtobusa minərkən, yolu keçərkən...


Digərləri 08 Yan 2019 14:33:00 193 0

Güclü küləklə bağlı sərnişinlərə XƏBƏRDARLIQ! Avtobusa minərkən, yolu keçərkən...

Məlum olduğu kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvarın 9-da paytaxtda güclü külək olacağı ilə bağlı xəbərdarlıq edib.

Bakı. Samir Əli - Məlum olduğu kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvarın 9-da paytaxtda güclü külək olacağı ilə bağlı xəbərdarlıq edib. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, qurum bunu nəzərə alaraq, sərnişinlərə dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını xahiş edir.