Putin ağlayan uşağı belə sakitləşdirdi VİDEO


Dünya 08 Yan 2019 14:19:00 219 0

Putin ağlayan uşağı belə sakitləşdirdi  VİDEO

Rusiya prezidenti Vladimir Putin xalq gəzintisi məqsədilə getdiyi Peterburqda, Petropavlovsk qalasında ağlayan uşağı sakitləşdirmək üçün avtomobilini tərk edib. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, balaca qız prezidentlə şəkil çəkdirə bilmədiyi üçün ağlayıb.

Bunu görən Putin avtomobildən düşərək, onu sakitləşdirib və foto çəkdirib. Videonu "Komsomolskaya pravda" nəşrinin jurnalisti Dmitri Smirnov "Twitter" hesabında paylaşıb.