Liverpool-a külək mane olub?


İdman 08 Yan 2019 14:16:00 489 0

Liverpool-a külək mane olub?

Liverpool-un baş məşqçisi Yurgen Klopp İngiltərə Kubokunun 1/32 finalında Wolverhampton-a məglubiyyəti (1:2) şərh edib.

Goal.az xəbər verir ki, çalışdırıcı uğursuzluğu bir neçə amillə, o cümlədən küləklə əlaqələndirib.

“Topu özümüzdə saxlamağa çalışırdıq. Külək imkan vermədi. Həmçinin bir neçə futbolçumuzun zədəli olması öz təsirini göstərdi. Heyətdə ciddi dəyişikliklər var. Bu, mənim istəyimlə olmayıb. Sadəcə, belə lazım idi. Məğlubiyyət kubokla vidalaşmağımıza səbəb oldu. Özümə bəraət qazandırmıram. Oyunun nəticəsi göstərir ki, rəqib bizdən yaxşı oynadı”.