Dövlət qurumlarında 66 vakant yerə müsahibə elan olunub


Digərləri 08 Yan 2019 13:58:21 165 0

Dövlət qurumlarında 66 vakant yerə müsahibə elan olunub

Dövlət qulluğuna qəbulla bağlı 27 noyabr 2018-ci il tarixində elan edilmiş müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilib.

Bakı. Dövlət qulluğuna qəbulla bağlı 27 noyabr 2018-ci il tarixində elan edilmiş müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilib. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə,müsahibələrin 14-28 yanvar 2019-cu il tarixləri ərzində keçirilməsi nəzərdə tutulur. Elan üzrə 11 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 66 (A növü üzrə 2 vəzifə, B növü üzrə 64 vəzifə) vakant vəzifə müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 150 namizədlə 234 müsahibənin keçirilməsi planlaşdırılır.