Zadəganlıqdan imtina etmiş tacirin dünyaya bəxş etdiyi mədəniyyət incisi FOTOREPORTAJ


Digərləri 08 Yan 2019 13:06:00 328 0

Zadəganlıqdan imtina etmiş tacirin dünyaya bəxş etdiyi mədəniyyət incisi  FOTOREPORTAJ

Dünyanın ən böyük muzeylərindən biri Tretyakov Qalereyası Rusiyanın paytaxtı Moskvada yerləşir. O, rus incəsənətinin simvolu sayılır. Qalereyada dəyərli rus kolleksiyaları qorunur. Muzey, həmçinin sovet incəsənəti və mədəniyyətini özündə əks etdirən minlərlə rəngkarlıq, qrafika, heykəltaraşlıq və tətbiqi incəsənət nümunələrinə malikdir. Muzeydə 180.000-dən çox eksponat qorunur. Burda 60-dan çox zal var. Qalereyanın yaranma tarixi çox maraqlıdır. Tretyakov Qalereyasının yaranma tarixi 1856-cı ildən başlanır. Rusiyanın tanınmış taciri Pavel Tretyakov ilk rəsm işlərini rus rəssamlarından alır. Pavel öncə buna bir hobbi kimi baxsa da, sonradan kolleksiya yığmaq onun əsas işinə çevrilir. Qalereya getdikcə böyüyür. Yer az olduğundan yeni zalların tikilməsinə ehtiyac yaranır və tikilir.   1892-ci ildə Tretyakov öz qalereyasını döblətə bağışlayır. Bu əməlinə görə çar Pavel Tretyakova zadəgan titulu verir. Lakin Tretyakov bu tituldan imtina edir. Onun əsas amalı rus mədəniyyəti üçün töhfə vermək idi.  Sonralar qalereya onun şərəfinə "Tretyakov Qalereyası" adlandırılır. Hər gün 10000 minlərlə adam qalereyanı ziyarət edir. Əgər sizdə Moskvadasınızsa, mütləq bu qalereyaya baş çəkin. Qalereyanın iş vaxtı və qiymətləri ilə aşağıda tanış ola bilərsiniz.

Tretyakov Qalereyasının iş vaxtı Çərşənbə axşamı, Çərşənbə və Bazar 10:00 - 18:00; Cümə axşamı, cümə və cümə ertəsi 10:00 - 21:00;

Bazar ertəsi istirahət günüdür; Kassalar iş vaxtının sonuna bir saat qalmış bağlanır. Tretyakov qalereyasının əsas binasına giriş biletlərinin qiyməti: