Xəzərin bəzi ərazilərində duzluluq azalıb (ÖZƏL)


Digərləri 08 Yan 2019 13:02:33 194 0

Xəzərin bəzi ərazilərində duzluluq azalıb (ÖZƏL)

Xəzərin Nabran, Neft Daşları və Lənkəran dəniz akvatoriyalarının səth sularında duzluluğun paylanmasında azalma müşahidə edilib.

Bakı. İlhamə İsabalayeva - Xəzərin Nabran, Neft Daşları və Lənkəran dəniz akvatoriyalarının səth sularında duzluluğun paylanmasında azalma müşahidə edilib. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib. Onun sözlərinə görə, bu, Xəzər dənizi ekosisteminin kompleks tədqiqi məqsədilə “Azersky" və digər peyklərin məlumatları əsasında qlobal iqlim dəyişikliklərinin Xəzər dənizinin hidrofiziki sahələrinə və sahillərin dinamikasına təsiri ilə bağlı bir neçə il ərzində aparılan tədqiqatlar zamanı məlum olub.