Səudiyyəli qadınlar bu aydan ilk dəfə stüardessa işləyəcəklər


Digərləri 08 Yan 2019 12:42:00 234 0

Səudiyyəli qadınlar bu aydan ilk dəfə stüardessa işləyəcəklər

Səudiyyə Ərəbistanından olan ilk qadın təyyarə bələdçiləri bu ay işə başlayacaqlar.

Bakı. Səudiyyə Ərəbistanından olan ilk qadın təyyarə bələdçiləri bu ay işə başlayacaqlar. Trend-in məlumatına görə, Səudiyyənin "Flynas" büdcə aviaşirkətinə məxsus hava gəmilərinin göyərtələrində sərnişinlərə xidmət edəcək stüardessalar müvafiq kursları bitiriblər. Ümumiyyətlə, "Flynas" iki il ərzində 300 stüardessa hazırlamağı planlaşdırır. Bələdçilərin formalarının Səudiyyədə adət və ənənələrinə uyğun olacağı bildirilir.