Əməkdar artist və oğlunun "O səs Türkiyə" yalanı


Şou-biznes 08 Yan 2019 12:39:00 368 0

Əməkdar artist və oğlunun "O səs Türkiyə" yalanı

Rəhman Rəhmanov müğənni oğlu Emil Rəhmanoğlunun "O səs Türkiyə" yarışmasına qatılması haqda açıqlama vermişdi

Əməkdar artist Rəhman Rəhmanov müğənni oğlu Emil Rəhmanoğlunun "O səs Türkiyə" yarışmasına qatılması haqda açıqlama vermişdi.

Son.az axşam.az-a istinadən bildirir ki, "O səs Türkiyə" uzun müddətdir yayımlanmağına baxmayaraq, Emilin çıxışı hələ də nümayiş edilməyib. Bununla bağlı sosial şəbəkədə də müzakirələr aparılıb, Emilin özünü gündəmə gətirmək üçün yalan danışdığı bildirilib.

R.Rəhmanın özü "Bizimləsən" verilişində "Emil "O səs Türkiyə"yə getdi. Münsiflər onu ayaqüstə alqışladılar. Özünüz də yayımlananda görəcəksiniz" sözlərini deyib.

Aktyor əməkdaşımızın bununla bağlı suallarına isə etiraz edib. Əvvəlcə bu haqda danışmaq istəmədiyini söyləyən R.Rəhmanov daha sonra oğlunun çıxışının verilmədiyini bildirib:

"Ora gedən mən deyiləm, bu haqda niyə danışım? Emil ora gedib, çıxış da edib. Amma müəyyən səbəblərə görə alınmadı. Nə edək?"