“Təmiz Şəhər” ASC-nin ərazisindən silah, qumbara və patronlar tapılıb


Digərləri 08 Yan 2019 12:36:00 200 0

“Təmiz Şəhər” ASC-nin ərazisindən silah, qumbara və patronlar tapılıb

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Bakı. Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sabunçu RPİ 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Balaxanı qəsəbəsi ərazisində yerləşən “Təmiz Şəhər” ASC-nin ərazisindən 1 ədəd pnevmatik tapança, 1 ədəd patron darağı, 1 ədəd alışqansız “F-1” qumbarası və 55 ədəd patron tapılaraq götürülüb. Aparılan profilaktiki tədbirlər nəticəsində Sabirabad rayonunun Əliləmbəyli kənd sakini A.Mirzəyev və Balahəşimxanlı kənd sakini R.Əliyev 2 ədəd “İJ” markalı ov tüfəngini könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil veriblər.