Sarri Premyer Liqanın çətinliyindən danışdı


İdman 08 Yan 2019 12:30:00 270 0

Sarri Premyer Liqanın çətinliyindən danışdı

Chelsea-nın baş məşqçisi Mauriçio Sarri Premyer Liqa məşqçilərinin mükafat uğrunda mübarizəsini şərh edib.

Goal.az xəbər verir ki, çalışdırıcı İngiltərədə mükafat qazanmağın çətin olduğunu deyib. “Tottenham-ın baş məşqçisi Poçettino hazırda ən yaxşı məşqçilərdən biridir. O, mükafata layiqdir. Amma ümid edirəm ki, Liqa Kubokunu əldə edə bilməyəcək. Poçettino 4 ildir Tottenham-ı çalışdırır. Lakin uğur qazanmır. Bunu Klopp barədə də demək olar. Mən isə cəmi 6 ay əvvəl London klubuna gəlmişəm. İngiltərədə ilk mövsüm yeni məşqçi üçün asan keçmir. Qvardiola da burada keçirdiyi birinci mövsümdə əziyyət çəkib. Demək istəyirəm ki, Premyer Liqada tez bir zamanda yaxşı komanda yaratmaq asan başa gəlmir. Vaxt lazımdır”,- Sarri deyib.

Qetd edək ki, İngiltərə Liqa kubokunun ilk yarımfinal matçında Chelsea Tottenham-la qarşılaşacaq. Oyun bu gün Uembli stadionunda keçiriləcək.