Karaqanda hadisələri: Ermənistan əkdiyini biçməkdədir


Digərləri 08 Yan 2019 12:28:00 185 0

Karaqanda hadisələri: Ermənistan əkdiyini biçməkdədir

Karaqandadakı hadisələr onu göstərir ki, Ermənistan əkdiyini biçməkdədir

Bakı. Ləman Zeynalova - Karaqandadakı hadisələr onu göstərir ki, Ermənistan əkdiyini biçməkdədir. Bunu Trend-ə “Baku Network” Ekspert Şurasının direktoru, fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Xatırladaq ki, Yeni il gecəsi, yanvarın 1-də “Qədim Roma” restoranında dava-dalaş düşüb. Nəticədə Qazaxıstan vətəndaşı, yerli etnosun 23 yaşlı nümayəndəsi bıçaqlanaraq qətlə yetirilib, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Karaqanda Xüsusi İstintaq Məhkəməsi hadisədə şübhəli bilinən üç nəfəri - Malxasyan Torq Manveloviç, Malxasyan Soxhak Samveloviç və Nadırbekov Kair Xamitoviçin barələrində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar qəbul edib. Dördüncü şübhəli Narek Qururyan isə hadisə yerindən qaçaraq gizlənib, onun barəsində də axtarış elan olunub. E.Ələsgərov bildirib: “Ermənistan hakimiyyətinin nümayəndəsi Karaqandada vəziyyətin gərginləşməsində Azərbaycanı ittiham edib, amma reallıqda hadisələr onunla bağlıdır ki, Qazaxıstanda anti-erməni əhvali-ruhiyyə artır. Bu isə iki amillə bağlıdır: birincisi, əlbəttə ki, Karaqandada törədilmiş cinayətdir, ikincisi isə Ermənistanın anti-türk ideologiyasıdır”. O qeyd edib ki, erməni politoloqlar öz şərhlərində çox vaxt hədlərini aşaraq türk xalqlarını “ikinci növ insanlar” və “mədəniyyətsiz” adlandırır: