"Qazaxıstanda yerli sakinlərin ayağa qalxması ermənilərin hərəkətlərindən boğaza yığıldıqlarını göstərir"


Digərləri 08 Yan 2019 11:47:00 237 0

"Qazaxıstanda yerli sakinlərin ayağa qalxması ermənilərin hərəkətlərindən boğaza yığıldıqlarını göstərir"

Yeni il gecəsi Qazaxıstanın Karaqanda şəhərində bir qrup erməninin yerli sakini qətlə yetirməsi sıradan bir hadisə deyil, bu, əslində həmin ölkədəki erməni icmasının özünü yerli əhaliyə qarşı çox aqressiv aparmasının nəticəsidir.

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, hər bir gəlmə xalq istər-istəməz yerli adət-ənənələrə hörmətlə yanaşır və yerli əhali ilə normal münasibətlər qurmağa çalışır: "Ancaq gördüyümüz kimi, Qazaxıstanda ermənilər biznesdə, eyni zamanda, ictimai həyatda yer tutmalarına baxmayaraq, yerli əhaliyə qarşı aqressiyalarını gizlətməyə çalışmırlar və bunun nəticəsi olaraq Yeni il gecəsi qətl hadisəsi baş verdi".

Deputat vurğulayıb ki, Qazaxıstanda yerli sakinlərin ayağa qalxması, erməni icmasının nümayəndələrinin ölkədən çıxarılmasını tələb etməsi artıq qazaxların ermənilərin hərəkətlərindən boğaza yığıldıqlarını göstərir:

"Ümumiyyətlə, birinci dəfə deyil ki, erməni icmasının nümayəndələri yaşadıqları ölkənin yerli əhalisinə qarşı belə münasibət göstərirlər. Vaxtaşırı olaraq ermənilərin yaşadıqları ölkələrdə yerli sakinlərə qarşı kobud hərəkəti, qətl törətməsi faktlarına rast gəlirik".

A.Mirzəzadə xatırladıb ki, vaxtilə Rusiya imperiyası tərəfindən Azərbaycan torpaqlarına köçürülən ermənilər sonradan bizim torpaqlara da iddia etdilər: "Qədim Azərbaycan torpaqlarında dövlət qurub azərbaycanlıları etnik təmizləməyə məruz qoydular. Hələ bu azmış kimi, Azərbaycana qarşı hərbi əməliyyatlar apararaq torpaqlarımızın 20 faizini işğal etdilər. Yəni ermənilərin milli düşüncəsində başqa millətlərə münasibətdə olan qüsurlar bu gün özünü bu və ya digər formalarda göstərir və Qazaxıstanda baş verən hadisə də buna bir nümunədir".