Tramp: "ABŞ bəzi hərbi əməliyyatları bitirəcək"


Dünya 08 Yan 2019 10:45:00 213 0

Tramp: "ABŞ bəzi hərbi əməliyyatları bitirəcək"

ABŞ inkişaf etmiş digər ölkələrdən kifayət qədər maliyyə və hərbi yardım almadığı hərbi əməliyyatları bitirmək niyyətindədir.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Twitter" səhifəsində yazıb.

"Sonsuz müharibələr, xüsusən də əvvəl verilmiş səhv qərarlara görə uzun illər aparılan və bizim etdiklərimizə görə xeyir görən zəngin ölkələrdən kifayət qədər maliyyə və ya hərbi yardım almadığımız müharibələr yekun nəticədə bitiriləcək!" - D.Tramp yazıb.