Dovşan ovlayan şəxslər saxlanıldı - Saatlıda


Digərləri 08 Yan 2019 10:36:00 226 0

Dovşan ovlayan şəxslər saxlanıldı - Saatlıda

Saatlıda qanunsuz ov edən şəxslər saxlanılıb

Bakı. Saatlıda qanunsuz ov edən şəxslər saxlanılıb. DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, yanvarın 7-də qanunsuz ov etdiklərinə görə 5 nəfər Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırmalarla onların Füzuli rayon sakinləri Yavər Rəhimov, Təvəkkül Şıxəliyev, Firqət Muradov, Elyar Eyvazov və Rasim Kərimov olduqları müəyyən edilib.