Qadının əlindəki ucuz şarlar partladı,


Dünya 08 Yan 2019 10:02:00 236 0

Qadının əlindəki ucuz şarlar partladı,

Qadının əlindəki şarların partlaması nəticəsində mağazada yanğın baş verib.

Son.az Metro-ya istinadla xəbər verir ki, Hindistanın qərbində, Qucarat ştatının Rajkot şəhərində şarlar partlayışa səbəb olub. Nəticədə 4 nəfər bədən xəsarəti alıb.

Marketdə partlayışın olmasına səbəb şarların içərisinə heliumla birgə hidrogen qazının da vurulmasıdır.

Təhlükəsizlik kamerasına düşən görüntülərə görə əlində 4,5 ədəd qırmızı şar olan qadın içərisində xeyli insan olan mağazada hərəkət edərkən anidən partlayış baş verib.

Partlayışın səbəbinin şarlara doldurulan hidrogen qazının olduğu təsdiqlənib. Şarları helium əvəzinə hidrogenlə doldurmaq daha ucuz başa gəlir.


Xəbərə aid fotolar