Sabirabadda polis əməliyyat keçirdi - Qanunsuz silah-sursat aşkarlandı (FOTO)


Digərləri 08 Yan 2019 09:39:00 189 0

Sabirabadda polis əməliyyat keçirdi - Qanunsuz silah-sursat aşkarlandı (FOTO)

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində növbəti tədbir keçirilib.

Bakı. Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində növbəti tədbir keçirilib. DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan Trend-ə verilən məlumata görə, Sabirabad RPŞ Qaragüney PB-nin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə ardıcıl uğurlu əməliyyat tədbirləri həyata keçirilib. Belə ki, Sabirabad rayonu Əliləmbəyli kənd sakini Amil Mirzəyev qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilindiyi üçün saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman 1 ədəd “İJ” markalı ov silahı və ona məxsus 4 ədəd patron aşkar edilərək götürülüb.