2019cu ilin 5 vacib elektronika trendi


Digərləri 08 Yan 2019 08:51:00 219 0

2019cu ilin 5 vacib elektronika trendi

Bizə bir çox sürprizlər bəxş etmiş 2018-ci il artıq geridə qaldı və 2019-ci il öz startını götürdü. Artıq keçən il müəyyən mənada məlum idi ki, 2019-cu ilin elektronika sahəsində hansı texnologiyalar trenddə olacaqlar. MIT Technology Review saytı bu ilin elektronika sahəsindəki trendlərin siyahısını tərtib edib. Həmin siyahını sizlərlə tanış edirik.

Əyilə bilən ekranlar:

Son.az technote.az-a istinadən bildirir ki, əyilə bilən ekranlar barəsində söhbətlər hələ 2013-cü ildən bəri gedir. Lakin məhz indiki zamanda onlar artıq reallığa çevrilirlər. Huawei və Samsung da daxil olmaqla bir çox mobil telefon istehsalçısı artıq bu il əyilə bilən ekrana sahib smartfonları satışa çıxardacaqlarını bildiriblər. Açıq şəkildə planşeti xatırladacaq bu smartfonların ekranlarını əymək mümkün olacaq. İstifadəçi istənilən zaman cihazı planşet formatından adi smartfon formatına çevirərək cibinə qoya biləcək.

5G şəbəkəsi:

Dünyanın bəzi yerlərində artıq 5G şəbəkəsinin qeyd olunduğu zonalar var. Lakin beşinci şəbəkə texnologiyası ilə reallaşdırılan bağlantılar hələki naqilsiz routerlər vasitəsilə edilir. 5G texnologiyasına sahib ilk smartfon modelləri isə artıq bu il satışa çıxacaqlar. ABŞ-da Verizon mobil operatoru Motorola smartfonlarını, AT&T isə Samsung smartfonlarını dəstəkləyəcək. Huawei, Xiaomi və OnePlus kimi Çin şirkətləri də öz smartfonlarını bu il ərzində 5G texnologiyasına keçirtməyi planlaşdırırlar. 5G texnologiyasına sahib olacaq smartfonlar adi modellərdən məlumatların yüksək sürətlə ötürülməsi və yüksək keyfiyyətli videoların izlənməsi zamanı siqnalların gecikməməsi ilə fərqlənəcəklər.

Naqilsiz şarj texnologiyası: