Süni intellekt robotlara hərəkət etməyi öyrədir VİDEO


Digərləri 08 Yan 2019 08:35:00 226 0

Süni intellekt robotlara hərəkət etməyi öyrədir  VİDEO

Kaliforniya universitetinin mühəndisləri tərəfindən hazırlanmış alqoritm  robotlara hərəkət etməyi öyrədir və bu prosesdə insanın iştirakı tələb olunmur.   Son.az ICTnews-a istinadən bildirir ki, tədqiqat zamanı avtonom sistem "Minitaur" adlı dördayaqlı robota həm ona tanış, həm də tanış olmayan ərazilərdə hərəkət etməyi öyrədib. Bu halda hərəkətin effektivlik göstəricisi üzrə təlim metodu ənənəvi həllərdən heç də geri qalmayıb, bəzən onları üstələyib.   "Bizim texnologiyamız istənilən konfiqurasiyalı konkret robot və müəyyən landşaft üçün mükəmməl adaptasiya edilmiş hərəkət sxemlərinin yaradılmasını təmin edir" - mühəndislər bildiriblər.

Videonu izləmək üçün şəklə klikləyin: