Sosial media erasında GIFlər yeni qısa filmlərdirmi?


Digərləri 08 Yan 2019 08:11:00 203 0

Sosial media erasında GIFlər yeni qısa filmlərdirmi?

Əgər qısa filmlər tammetrajlı filmlərdən qısadırsa, reklam çarxları isə hər ikisinindən qısadırsa, o zaman ən qısa filmlər nədir? 18 saniyə və daha qısa uzunluqda olan GIF-lər getdikcə daha çox diqqət cəlb edir.

GIF və ya CIF adlandırmağa öyrəşdiyimiz Graphics Interchange Format mobil telefonlarda və sosial mediada gördüyümüz,dayanmadan təklarlanan video animasiyalardır.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Nyu Yorkda keçirilən Giphy Film Fest-də isə bu animasiyalar smartfon ekranlarından böyük ekranlara keçirilib.

Tiffani Vasgez, Giphy: "Məncə insanlar bütövlükdə daha qısa məzmuna öyrəşiblər və əminəm bu formatda getdikcə daha çox istifadə ediləcək."

İstifadəçilər öz videolarını və fotolarını Giphy.com və Gifs.com kimi səhifələrə yükləyə bilər. Bu səhifələr avtomatik olaraq həmin materialları GIF formatına çevirir və sosial mediada paylaşılmasını daha asan edir.

Robert Blemon, Giphy Film Fest-in finalçısı: "Emoji vasitəsilə sən baş barmağın yuxarı olan və ya gülümsəyən üz göndərə bilərsən. GIF-lə isə sənə tam reaksiya verə bilərsən. GIF-i daha popular edən bu xüsusiyyətdir."

Tiffani Vasgez: "Təqdim edilən videolar çox müxtəlif idi. Bəziləri real hərəkətlər, illustrasiya, digərləri isə eksperimental idi. Aralarında romantik və ya qorxulu olanlar da var idi. Müxtəlif yollarda yaradıcı videolar idi.

Amma bu videolar 18 saniyə və ya daha az davam edirsə, onu film adlandırmaq olarmı? Yaradıcıları üçün bu əhəmiyyətsiz sualdır.