Avstriya və Almaniyada güclü qar:


Dünya 08 Yan 2019 08:20:00 176 0

Avstriya və Almaniyada güclü qar:

Avstriya və Almaniyaya yağan güclü qar azı 9 nəfərin ölümünə səbəb olub və qarlı hava şəraitinin həftə ərzində davam edəcəyi gözlənilir.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə bazar ertəsi axşam "Bild" qəzeti yazıb.

Məlumata görə, Avstriyada Hoxkar dağ-xizək kurortu tamamilə təxliyyə edilib. Yerli hakimiyyət orqanları 20 il əvvəl Qaltürdə baş verənlərə bənzəyən güclü qar uçqunu və təbii fəlakətin yenidən təkrarlana biləcəyindən ehtiyatlanır. Həmin zaman - 1999-cu ilin fevralında bütöv bir kommunanın üzərini örtən qar kütlələri 31 nəfərin ölümünə səbəb olmuşdu.