Bu avtomobillər havanı nəinki çirkləndirmir, əksinə onu daha təmiz edir


Digərləri 08 Yan 2019 08:01:00 240 0

Bu avtomobillər havanı nəinki çirkləndirmir, əksinə onu daha təmiz edir

Londonun mərkəzində avtomobil sürərək, havanın təmizlənməsinə öz tövhəni necə verə bilərsən?

Hyundai avtomobil şirkətinin Nexo adlı yanacaq elementləri ilə çalışan elektrikli modeli havanı nəinki çirkləndirmir, əksinə havanı daha təmiz edir.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, bu, hava filterləri sayəsində mümkün olub. Hidrogenli yanacaq elementi ilə çalışan avtomobillərə qoyulan bu texniki tələb ətraf mühit üçün bir hədiyyədir.

Silvi Çaylz, Hyundai-ın Nexo üzrə aparacı məhsul meneceri: "Avtomobilin çalışması üçün sənə oksigen və hidrogen lazımdır. Bu iki maddə reaksiyaya girərək, elektrik istehsal edir. Bizim avtomobillərimizdə oksigen yerləşdirilməyib. Bu maddəni avtomobilin hərəkət etdiyi yerlərdə olan havanın tərkibindən alırlıq. Ona görə də bu filterlərin təmiz saxlanılması çox önəmlidir ki, ən səmərəli sistemə malik ola bilək."

Hyundai bildirir ki, Nexo ilə sürülən bir mil ərzində təmizlənən hava dizel avtomobili ilə iki mil ərzində çirklənən havaya bərabərdir.

Tətqiqatçılara əsasən hava keyfiyyəti bu texnologiyanın gətirdiyi üstünlüklərdən yalnız biridir.