Google radar əsasında əl hərəkəti sensoruna ABŞın təsdiqini alıb


Digərləri 08 Yan 2019 07:51:00 231 0

Google radar əsasında əl hərəkəti sensoruna ABŞın təsdiqini alıb

Google-un ana şirkəti Alphabet, Project Soli adlı hərəkəti hiss edən cihaz üçün Federal Kommunikasiya Komissiyasından razılıq alaraq, tezliklə cihazın tətbiq edilməsinə başlayacaq.

Komissiya bazar ertəsi Google şirkətinə yol verilən səviyyədən daha güclü sensorlardan istifadə üçün icazəsi verdi. Bununla bərabər, həmin sensorların təyyarələrdə də istifadəsinə icazə verilib.

Federal Kommunikasiya Kommisiyası bildirir ki, Soli sensorları radarlar vasitəsilə hərəkəti 3D müstəvidə yaxalayır və toxunuş olmadan istifadəni mümkün edir. Bu ixtira hərəkət və ya danışıq məhdudiyyəti olan insanlar üçün faydalı olacaq.

Google deyir ki, sensorlar baş barmaqla şəhadət barmağı arasında görünməz düyməni basmaq, ya da ki, iki barmağı bir-birinə sürtərək ekrandakıları hərəkət etdirmək imkanı verir.