Gələcəyin avtomobilləri sizin sağlamlığınızın qayğısına qalacaq


Digərləri 08 Yan 2019 07:11:00 232 0

Gələcəyin avtomobilləri sizin sağlamlığınızın qayğısına qalacaq

Avtomobilləri nəqliyyat vasitəsi kimi görməklə yanaşı, onları indiyə qədər heç zaman müşahidə etmədiyimiz səviyyədə insana və ətrafındakı mühitə bağlanan bir cihaz kimi təsəvvür edin.

Coi Perez, Cənubi Kaliforniya Universiteti: "Bu cihaz havanın keyfiyyətini, ürək döyüntünüzü, diqqət səviyyənizi ölçə bilər."

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, biometrik sensorlar və süni zəkanın köməkliyi ilə maşın hətta sürücüyə daha sağlam həyat tərzi sürmək tövsiyəsi verə bilər.

Soel Marçant, Evelozcity: "Sən evə sürürsən və naviqasiya işə düşərək səni idman zalına aparır, ya da ki, sən McDonalds-a getmək istəyirsən, naviqasiya isə səni salat bara aparır."

İstifadəçinin sağlamlığını monitor edən sensorlar ənənəvi avtomobil istehsalçılarının və startapların konsept maşınlarına əlavə edilib.

Həm də sürücünün sağlamlığını monitor etmək üçün biometrik data yaddaşda saxlanılır.

Coi Perez: "Yalnız xəstələnəndə həkimin yanına getməkdən fərqli olaraq, sən müyəyən vaxt ərzində sağlamlığın ilə bağlı məlumatları toplaya bilərlər. Bu sənə daha çox şey deyir. Məlumatların toplanılması nəticəsində insan sağlamlığının vəziyyətini təhlil edilməsi daha asan olur."