Kaliforniyalı alimlər dronlara insan kimi düşünə bilməyi öyrədir


Digərləri 08 Yan 2019 07:01:00 226 0

Kaliforniyalı alimlər dronlara insan kimi düşünə bilməyi öyrədir

1950-ci illərdə bəri Kaliforniya Texnologiya İnstitutunun mühəndis və alimləri yer tərəfindən birbaşa təlimat olmadan fəzada işləyə biləcək "ağıllı" robotlar yaratmağa çalışır. Son bir neçə onillik ərzində bu texnologiyaların sürətli inkişaf etdiyini müşahidə etmək mümkündür.

Yaşvant Kumar bu robotlarla işləyir. Onun sözlərinə görə, bu aparatlar Yer-dən göndərilən tapşırıqları necə yerinə yetirəcəyini özləri müəyyən edəcək və əgər bu robotlardan hər hansı biri xarab olarsa digərləri onu ya təmir edə, ya da dəyişdirə biləcək.

"Mərkəzləşdirmə odur ki, bir kompüter hamısını idarə edir və biz də o kompüterə nə edilməli olduğunu deyirik. Ancaq biz hazırda elə etmək istəyirik ki, hər bir robotun özünün kömpüteri olsun və öz qərarlarını özü müstəqil şəkildə verə bilsin." - deyə, Yaşvant Kumar qeyd edib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, CalTech institutunun professoru Morteza Qarib və onun tələbələrinin əsas məqsədi robotlara insan kimi düşünə bilmək bacarığını öyrətməkdir.

"Bizdə tələbələri, professorları və alimləri müşahidə edən kameralar var. Məsələn, onlar deyirlər ki, burada düzəldilməli olan xarab bir şey var. Bu problemi həll etmək prossesidir. Biz dronlara necə düşünmək lazım olduğunu öyrədirik. Biz onlara əzbərləməsi üçün informasiya vermirik. Bu cür robotlar gələcəkdə heç bir kömək almadan işləri görə biləcəklər." - deyə, Kaliforniya Texnologiya İnstitutunun professoru Morteza Qarib bildirib.