Xalq artistinin səhnə fəaliyyətinin 50 illiyi ilə bağlı konsert keçiriləcək (VİDEO)


Digərləri 08 Yan 2019 01:33:00 223 0

Xalq artistinin səhnə fəaliyyətinin 50 illiyi ilə bağlı konsert keçiriləcək (VİDEO)

Yanvarın 31-də Heydər Əliyev Sarayında Xalq artisti Zaur Rzayevin səhnə fəaliyyətinin 50 illiyinə həsr olunmuş gecə keçiriləcək.

Bakı. Yanvarın 31-də Heydər Əliyev Sarayında Xalq artisti Zaur Rzayevin səhnə fəaliyyətinin 50 illiyinə həsr olunmuş gecə keçiriləcək. Saraydan Trend-ə verilən məlumata görə, konsertdə Zaur Rzayevin musiqisevərlər arasında sevilən və tanınan “Dilbərim”, “Cavanlığım”, “Bilirəm getmisən”, “Sev məni”, “Duman”, “Ay qız”, “Sarı bülbül”, “Vəfalısan gözəlim” və digər mahnıları səsləndiriləcək. Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-50 manat təşkil edir. Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından,www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardanəldə edə bilərsiniz.