Türkiyə və Venesuela prezidentləri arasında telefon danışığı olub


Digərləri 08 Yan 2019 00:15:00 287 0

Türkiyə və Venesuela prezidentləri arasında telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Venesuela prezidenti Nikolas Maduro arasında telefon danışığı olub

Bakı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Venesuela prezidenti Nikolas Maduro arasında telefon danışığı olub. Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, tərəflər telefon danışığı zamanı ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsinə hazır olduqlarını vurğulayıblar. Türkiyə prezidenti Venesuela prezidentinin andiçmə mərasimində iştirak etmək üçün dəvətə görə Nikolas Maduroya minnətdarlığını və mərasimdə sıx qrafik səbəbindən iştirak edə bilməyəcəyinə görə təəssüfləndiyini bildirib.