Günün qoroskopu: ayın ən mühüm günlərindən biridir.


Digərləri 08 Yan 2019 00:01:00 203 0

Günün qoroskopu: ayın ən mühüm günlərindən biridir.

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - səhər saatlarından etibarən aktiv olun. Diqqətinizi cari işlərdən yayındıra biləcək amillər formalaşa bilər. Fəaliyyətdə ləngimə, anlaşılmazlıq, hərəkətlərlə qərarların tərəfdaşla razılaşdırılmamış şəkildə izharı, məlumatın ötürülməsində yanlışlıq ola bilər.

Yaşananlar sizi ruhdan salmamalıdır.

Tam formalaşmamış qərarları açıqlamağa tələsməyin.

Riskə yol verməyin. Münasibətlər kənar təsirlə sınağa çəkiləcək. Yaxınlarınızla təmaslarda soyuqqanlı və təmkinli olun.

Buğa - aldığınız məlumat və informasiyaları təhlil edin. Yeni planlarda bel bağladığınız insanlarla əlaqə saxlayın. Yaşamınızda bütün problemli sahələri aktivləşdirən energetikadan yararlanın. Artıq keçmişdə qoymağınız gərəkən problemi birdəfəlik həll edin. Sonra isə bütün qüvvənizi yeni işin həllinə yönəldin.

Cari işlərdə və hisslərdə xaosun yaranmasına rəvac verməyin. Maliyyə imkanlarınızı yenidən dəyərləndirib itkilərə yol verməmək və stabilliyi qorumağın yollarını tapın.

Əkizlər - münasibətlərdəki deyilməmiş sözlər, yerinə yetirilməmiş vədlər indi öhdəliklər qismində geri qayıdır. İndiyədək başlamağa cürət etmədiyiniz işi reallaşdırmaq üçün əlverişli zamandır.

Təmir və tikinti işlərindəki geriləmələri aradan qaldırın. Hansısa layihəni təkmilləşdirək istəyirsinizsə, alınan məlumata yenidən nəzər salın.

Şəxsi münasibətlərdə də müzakirəyə ehtiyac var. Əlavə təzyiq olmadan təşəbbüslə çıxış etmək olar. Yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın.

Xərçəng - niyyətlərlə imkanlar və bacarıqları uyğunlaşdırmaq asan deyil. Nə isə pozitiv istiqamətdə dəyişəcək. Emosiyalar çoxdur. Gərginləşən məqamlara sürətlə, dürüst reaksiya verin.

Təhlükəsizliyi təmin edin, münaqişələrdən yayının. Ən yaxşı ideyaların qəflətən yarandığını unutmayın. Ən yaxşı ideyaları diqqətdən yayındırmayın, iş üçün istifadə edin.

Alış-verişdə olduğundan fərqli görünmək üçün bədxərclik etməyin.

Pullar daha məntiqli işlər üçün gərək ola bilər.

Şir - yeni imkanlar yaranır və onlardan yararlanmağa çalışın. Digər tərəfdən, sizə mane olmağa çalışan bədxahlar fəallaşırlar. Sayıq və təmkinli olun.

Təşəbbüskarlığı minimuma endirin, təkid etməyin. Çevik olun, işinizin detallarına diqqət yetirin. Ev işləri və yaxınlarla münasibətlərə laqeyd olmayın.

Ünsiyyətin ənənəvi təmaslardan çox xeyir verə biləcəyi görüüşdən boyun qaçırmayın.

Maraqları birləşdirə biləcək iş və ya məşğuliyyət tapsanız, axşam saatları sakit keçəcək.

Qız - yaşam arealınızı təftiş edin. Planlarınız ciddi transformasiyaya uğrayacaq. Tamamilə yeni maraqlar peyda ola bilər.

Planlaşdırma və olayların digər iştirakçıları ilə perspektivlərin müzakirəsi üçün əlverişli gündür. Yaşananları dramatikləşdirməyin, təlaşa qapılmayın. Enerji artımından bilavasitə iştirakınızı tələb edən işlərin görülməsi üçün yararlanın.

Tərəzi - əlavə məsuliyyət və öhdəliklərə ehtiyac yoxdur. Gərjinlik və cari problemlər işinizə mənfi təsir etməməlidir. Hansısa plan, yaxud niyyət əlçatmaz ola bilər. Reaksiyanız yetərincə sakit, təmkinli olmalıdır. Hazırda daha ciddi məsələlərə diqqət yetirin.

Perspektivləriniz üçün daha səylə çalışın. Uğurlarınızı möhkəmləndirin, təfərrüatları nəzərdən qaçırmayın.

Narazılıq və gərginliyə səbəb olmayın.