Qəbizliyin 3 növü Ev şəraitində aradan qaldırmaq mümkündür


Digərləri 07 Yan 2019 22:53:00 392 0

Qəbizliyin 3 növü  Ev şəraitində aradan qaldırmaq mümkündür

Qəbizliyə səbəb olan bir çox patologiyalar var. Bu hal uşaqlarda, cavanlarda olduğu kimi, yaşlı insanlarda da müşahidə edilə bilər. Dərman müalicəsindən əlavə qəbizliyi ev şəraitində də aradan qaldırmağın bir çox yolları var. 

Qeyd: qəbizlik bir çox ciddi xəstəliklərin, o cümlədən də xərçəng xəstəliyinin əlaməti ola bilər. Buna görə də uzun müddətli və ciddi narahatlıq verən qəbizlik zamanı  mütləq həkimə müraciət etmək lazımdır. 

Son.az medicina.az-a istinadən bildirir ki, defekasiya aktı sutkada ən az 1 dəfə həyata keçməlidir. Normal defekasiya zamanı nəcis çox da bərk olmamalıdır, 2 barmaq diametrində formalaşmış, tərkibində selik, qan və həzm olunmamış qida qalıqları saxlamayan kütlə şəklində olmalıdır. 

2 sutkadan çox bayıra çıxmamaq artıq qəbizlik hesab edilər bilər. Qastroenterologiyada qəbizliyin əsasən 3 növü təyin edilir: 

1. Atonik qəbizlik: ilk çıxan nəcis bərk olur, ağrı verir. Aktın davamında nəcisin strukturu normallaşır.  

2. Spastik qəbizlik: nəcis kütləsinin formalaşması və defekasiya aktı zamanı ağrı və sancı müşahidə edilir. 

3. Xroniki qəbizlik: yuxarıda göstərilən hər iki qəbizlik növünün əlamətlərinin birləşməsi nəticəsində meydana çıxır. Kal bərk və quru, kiçik yığınlar şəklində xaric olur. Bunun səbəbi isə nəcis kütləsinin uzun müddət bağırsaqlarda qaldığına görə tərkibindəki mayenin sovrulmasıdır. 

Qəbizliyin səbəbləri aşağıdakılardır: 

•Gündəlik kifayət qədər su qəbul edilməməsi. İnsanlar az miqdarda su qəbul edirlər. Bundan da əlavə bir çoxları çayı, qəhvəni, qazlı şirin içkiləri su hesab edirlər. Amma unutmaq olmaz ki, sutka ərzində ən az 1,5 l təmiz su içilməlidir. 

•Lifli qidaların az istifadə edilməsi. Bağırsqların peristaltikasını (hərəkətini) artırmaq, həmçinin də bağırsaqlarda olan xeyirli mikroflaoranın inkişafı üçün lifli və kobud tərkibli gechəzmolunan qidaların qəbulu vacib şərtdir. 

•Az hərəkətlilik. Əzələlərin aktiv hərəkəti zamanı bağırsaqların hərəkətliliyi artır, tullantı məhsullarının ifrazı rahatlaşır. 

•Antibiotiklərin və qarın işlədən dərmanların sui-istifadəsi.