Ölümdən başqa hər şeyə çarə olan Hil çayı


Digərləri 07 Yan 2019 22:38:00 405 0

Ölümdən başqa hər şeyə çarə olan Hil çayı

Bizim bazarlarda daha çox 2 cür hil satılır: ağ və tünd yaşıl rəngdə, mən tövsiyyə edərdim ki, tünd yaşıl rəngdə olan hildən alıb istifadə edəsiniz.

Bu tövsiyəni tanınmış həkim fitoterapevt Fizuli Hüseynov verir. Son.az saglamolun.az-a istinadən həkimin hil haqqında olan maraqlı yazısı ilə tanış edir.   

Hil çox qeyri-adi ətrə malik bir toxumdur. Hil toxumunun bir neçə istifadə qaydası vardır, yeməklərə, çaya və qəhvəyə qarışdırılaraq istifadə edilir, bizim üçün daha rahat üsul içdiyimiz çayı dəmləyəndə 3 stəkanlıq çaynikə 15 ədəd hil atıb dəmləmək lazımdır.

Hil mədə turşuluğunu azaldır, əgər mədə turşuluğu çoxalıb qida borusunu yandırıbsa (buna tibbdə ezofaqit deyilir) ən yaxşı üsullarda biri hil çayının içilməsidir.

Hil qastritlərdə, mədə qıcqırmasında, mədə yanğısında çox faydalıdır. Hil çayı köpü aradan götürmək üçün də çox faydalıdır.

Əgər köpdən əziyyət çəkirsinizsə 3 stəkan suya 15 ədəd hil, 5 ədəd mixək, təxminən qoz boyda zəncəfil qarışdırıb termosda dəmləyin, gündə 3 dəfə yeməkdən təxminən 1 saat əvvəl 1 stəkan için.

Hil həm də əsəb sakitləşdirici bir çaydır. Axşamlar 1 stəkan nanə çayına 5-6 ədəd hil qarışdırıb dəmləyib yatmazdan 1 saat əvvəl içmək çox dərin bir yuxunun əmələ gəlməsinə səbəb olur.