2018ci ildə yolu məhkəmədən keçən MƏŞHURLAR FOTO


Digərləri 07 Yan 2019 22:11:00 276 0

2018ci ildə yolu məhkəmədən keçən MƏŞHURLAR  FOTO

2018-ci ildə məhkəmə dəhlizlərinə də ayaq döyən məşhurlar olub.

Son.az "ölkə.az"-a istinadən siyahını oxucuları ilə bölüşür.

1. Oktay Kaynarca

Məşhur aktyorun yaxtasında aparılan araşdırma zamanı qaçaq su istifadə edildiyi üzə çıxdı. Oktay bu səbəbdən məhkəmənin hökmü ilə 4 min lirə (1200 manata yaxın) cərimə ödəməli oldu.

2. Kıvanç Tatlıtuğ

Kıvanç keçmiş mühasibi Erdalın ona 3.5 milyon lirə ziyan vurduğu iddiası ilə məhkəməyə müraciət etmişdi.

3.Seren Serengil

Seren Serengil 3 gününü həbsxanada keçirdi. Məhkəmə tərəfindən Gülbən Ərgən əleyhinə danışmaq qadağan edilsə də, Seren bu qərara uymadığı üçün həbs edilmişdi.

4. İtır Esen

Gözəllik kraliçası Esen Tvitterdə 15 iyul şəhid və qazilərini təhqir etdiyi üçün tacı əlindən alındı. Məhkəmədə ifadə verən İtır səhvi üçün üzr istədi.

5. Ezhel

Əsl adı Sercan İpəkçioğlu olan repçi narkotik maddə istifadəsinə təşviq etmə maddəsi ilə məhkəmə qarşısına çıxdı. 10 ilə qədər həbsi tələb edilən repçi hərəkəti cinayət etmək məqsədi ilə etmədiyi iddiası ilə bəraət aldı. Amma sonradan yenidən cinayət işi açıldı. Hazırda məhkəmə prosesi davam edir.


Xəbərə aid fotolar