"Ginnesin Rekordlar Kitabı"ının yubiley buraxılışından SEÇMƏLƏR FOTO


Digərləri 07 Yan 2019 21:44:00 611 0

"Ginnesin Rekordlar Kitabı"ının yubiley buraxılışından SEÇMƏLƏR  FOTO

2016-cı ildə "Ginnesin Rekordlar Kitabı"nın 60 yaşı tamam oldu.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, yubiley münasibətilə yeni kitab nəşr edilib. 2016-cı ilin seçmə rekordlarını oxuculara təqdim edirik.

1. Berti - dünyanın ən sürətli tısbağası. Saniyədə 38 sm hərəkət edir.

2. Yapon Takaxiro İkeda "BMX" velosipedi ilə velosipedin oxu ətrafında 1 dəqiqəyə 83 dövrə vurub. Bu isə rekorddur.

3. Çinli idmançılar Sun Minmin və Syuy Yan dünyanın ən hündür cütlüyüdür. Onların ikisinin birlikdə boyu 423.47 sm-dir. Minmin basketbolçu, Yan isə həndbolçudur. 

4. Purin ləqəbli 9 yaşlı biql pəncələri ilə top tutmaq üzrə rekord sahibidir. O bir dəqiqəyə 14 top tutub.

5. Dünyanın hot-doq daşıyan ən böyük maşını. 44 yaşlı amerikalı Markus Deyli tərəfindən hazırlanıb. Hündürlüyü 3.72 metr, uzunluğu 7.06, eni isə 2.81 metrdir. Gün ərzində 300 nəfərə xidmət göstərə bilir. Maşının içində tualet də var.

6. Ən böyük qulaq əti. Amerikalı Kalavelo Kayviyə məxsusdur. Havayda yaşayan Kalavelonun qulaq ətinin diametri 10.5 sm-dir.

7. Dünyanın ən böyük ayaq pəncəsi. 20 yaşlı Ceyson orlando Rodrigez Hernandez Venesuelada yaşayır. Onun sağ ayağının pəncəsi 40.1 sm, sol ayağınınkı isə 39.6 sm-dir.

8. Andre Orltof yüz metrlik məsafəni xizəkli çəkmə ilə cəmi 17.65 saniyəyə qaçıb.

9. Almaniyalı Andre taxta başmaqla eyni məsafəni 16.27 saniyəyə qaçıb.