Yaponiyada turistlər ölkədən gedişə görə ödəniş edəcəklər


Dünya 07 Yan 2019 21:47:00 211 0

Yaponiyada turistlər ölkədən gedişə görə ödəniş edəcəklər

Bu gündən - bazar ertəsindən başlayaraq, Yaponiyanın bütün ərazisində xarici turistlərin ölkədən getməsinə görə 1000 ien və ya təxminən 9 dollar məbləğində yeni vergi tətbiq olunacaq.

Son.az "report"-a istinadən bildirir ki, yenilik səyahətçilər üçün nəzərə çarpmayacaq. Çünki bu məbləğ təyyarə və ya gəmi biletinin qiymətinə daxil ediləcək.

Yeni vergilər iki yaşına qədər uşaqlara, ölkədə 24 saatdan az qalan tranzit sərnişinlərə, deportasiya edilənlərə və Yaponiyaya məcburi gələnlərə, məsələn, ölkəyə təcili təyyarə enişləri ilə daxil olanlara şamil olunmayacaq.