Darçını dərman kimi də istifadə edin


Digərləri 07 Yan 2019 21:29:00 225 0

Darçını dərman kimi də istifadə edin

Darçın şirniyyat, yemək və içkilərə xoş qoxu və dad bəxş edir.

Bundan əlavə darçının çox güclü müalicəvi və profilaktik xüsusiyyətləri də var. Bu səbəbdən darçını tək ədviyyat deyil, güclü təbii dərman da hesab edə bilərik. Son.az saglamolun.az-a istinadən darçının müalicəvi xüsusiyyətlərini təqdim edir:

Beyinin fəaliyyətini yaxşılaşdırır

Darçın yaddaşı və diqqəti yaxşılaşdırır, Alsheymer xəstəliyinin riskini azaldır.

Darçını yeməklərə əlavə etməklə siz depressiya, baş ağrısı və əsəbiliyə qalib gələ bilərsiniz.

Ürəyi möhkəmləndirir

Pensilvaniya Universiteti (ABŞ) alimləri sübut ediblər ki, darçının müntəzəm istehlakı ürək-damar sistemi xəstəliklərininin inkişafı riskini azaldır.

Arıqlamağa kömək edir

Darçın metabolizmi yaxşılaşdırır və bununla da arıqlamağa yardım edir. Darçın əlavə olunmuş qatıq ən tanınmış təbii arıqladıcı vasitədir.

Həzm proseslərini yaxşılaşdırır

Qıcıqlanmış bağırsaq sindromu zamanı darçın əla müalicəvi təsir edir. Həmçinin darçın bağırsaqlara antiseptik təsir edir, iltihabı azaldır.