ABŞ aeroportlarında Nəqliyyat Təhlükəsizliyi Administrasiyasının yüzlərlə əməkdaşı işə çıxmır


Dünya 07 Yan 2019 21:17:00 309 0

ABŞ aeroportlarında Nəqliyyat Təhlükəsizliyi Administrasiyasının yüzlərlə əməkdaşı işə çıxmır

İki həftədən çoxdur ki, ABŞ-da "şatdaun" vəziyyəti davam edir - ABŞ hökumətinin və dövlət müəssisələrinin işi müvəqqəti dayandırlıb. ABŞ Nəqliyyat Təhlükəsizliyi Administrasiyasının Amerika aeroportlarının təhlükəsizliyini təmin edən və "şatdaun"un təsirinə məruz qalmış on minlərlə işçisinə əməkhaqqı ödənilməyib. Yüzlərlə işçi kütləvi şəkildə xəstəlik vərəqələri almağa və işə çıxmamağa başlayıb. Xəstəlik vərəqələrinin sayı artacağı halda aviasiya sektorunda böhranlı vəziyyət yarana bilər. Nəticədə reyslərin gecikməsi və başqa problemlər mümkündür.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təhlükəsizlik əməkdaşlarının işdən çıxması və xəstəlik vərəqələri almasına görə sərnişinlərin aeroportda baxışdan keçməsi üçün gözləmə müddəti artır. Amerika KİV-lərində bildirilir ki, Nyu-Yorkdakı Con F.Kennedi aeroportunda, Dallas-Fort-Uert beynəlxalq aeroportunda, habelə Şimali Karolina ştatındakı Şarlott və Roli-Darem aeroportlarında xüsusilə mürəkkəb vəziyyət yaranıb.