Təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyatın hərəkət sıxlığı azaldılacaq


Digərləri 07 Yan 2019 21:08:00 434 0

Təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyatın hərəkət sıxlığı azaldılacaq

Azərbaycanda təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə avtomobil yollarında hərəkətin sıxlığı azaldılacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda deyilir.

Qeyd olunur ki, 2019-2020-ci illərdə iri yaşayış məntəqələrindəki təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə avtomobil yollarında hərəkət sıxlığını azaltmaq məqsədilə küçə-yol şəbəkəsinin xüsusiyyətləri və digər təhlükəsizlik meyarları nəzərə alınmaqla yol hərəkətinin təşkilinə dair təkliflər hazırlanacaq, təhsil müəssisələrinin bilavasitə yaxınlığında yerləşən küçə-yol şəbəkəsində müvafiq sürət məhdudiyyəti müəyyən ediləcək və yol hərəkəti təşkilinin texniki vasitələrinin tətbiqinə xüsusi diqqət yetiriləcək.