2018ci il Sumqayıt Dövlət Dram Teatrı üçün nə ilə yadda qaldı?


Kriminal 07 Yan 2019 20:30:00 771 0

2018ci il Sumqayıt Dövlət Dram Teatrı üçün nə ilə yadda qaldı?

Yola saldığımız 2018-ci il Sumqayıt Dövlət Dram Teatrı üçün nə ilə yadda qaldı?...

Ötən ilin yadda qalan hadisələrindən danışarkən böyük qürur hissi ilə yubiley mərasimimizi qeyd etməliyik. Respublika prezidentinin müvafiq sərəncamı ilə baş tutan 50 illik yubiley tədbirimiz möhtəşəmliyi ilə hər kəsə fərəhli anlar yaşatdı. Azərbaycan Respublikasının Mədəniyyət Naziri cənab Əbüfəs Qarayevin, Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı cənab Zakir Fərəcovun, həmçinin tanınmış mədəniyyət xadimlərinin və teatr ictimaiyyətinin iştirakı onu ilin ən möhtəbər tədbirlərindən birinə çevirdi. Ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə 3 nəfər "Əməkdar artist" fəxri adı, 7 nəfər "Tərəqqi medalı" ilə təltif olundu. 10 nəfər əməkdaşımız şəhər rəhbərliyinin fəxri fərmanları ilə mükafatlandırıldı.

Teatrın xarici ölkə teatrları ilə  əlaqələrinin güclənməsi repertuar siyasətinə yeni aktual baxışın düzənlənməsi artıq öz bəhrəsini verməkdədir.

2018-ci il  aprelin 24-dən 30-adək kollektivimiz 4-cü "Türk Dünyası Tiyatro günləri" festivalında  Turqut Özakmanın  "Ocaq" tamaşası ilə uğurlu çıxış edərək mükafat qazandı. Ötən il Sumqayıt  Dövlət Dram Teatrının  Azərbaycan teatrının tərkib hissəsi olaraq yenidən dünya  teatr arenasına inteqrasiya olunması məqsədilə Gürcüstan və Rusiya teatrları ilə qarşılıqlı qastrol səfərlərinə dair memorendumlar imzalanmışdır.

İlk dəfə olaraq şagirdlərdən ibarət alternativ bədii şura yaradıldı. Bu da heç şübhəsiz uşaq və yeniyetmələrin bədii estetik zövqlərinin formalaşmasında, onların arzu və istəklərinə uyğun repertuarın seçilməsində mühüm rol oynayacaq. Məlum yaş katiqoriyalı uşaqların baxdığı tamaşalar təhsil müəssisələrində müzakirə edilib. Belə ki, həmin tamaşaların yaradıcı heyəti məktəblilərlə keçirilən görüşdə maraqlı diskussiyalara cəlb edilib.