Evdən oğurluq edən şəxs saxlanıldı


Kriminal 07 Yan 2019 20:33:00 520 0

Evdən oğurluq edən şəxs saxlanıldı

Balakən Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini bir qadın ona məxsus evdən oğurluq olunması barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Son.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxsin Zaqatala rayonu Aşağı Tala kənd sakini Ramin Babayev olduğu müəyyən edilib. Aparılan araşdırmalarla onun vətəndaşa məxsus evdən bir ədəd 800 manat dəyərində televizoru və samovarı oğurladığı aşkar edilib. Oğurlanmış əşyalar maddi sübut kimi götürülərək, istintaqa təhvil verilib.