Zaur Rzayevin səhnə fəaliyyətinin 50 illiyinə həsr olunmuş gecə keçiriləcək


Şou-biznes 07 Yan 2019 20:26:00 478 0

Zaur Rzayevin səhnə fəaliyyətinin 50 illiyinə həsr olunmuş gecə keçiriləcək

Yanvarın 31-də Heydər Əliyev Sarayında Xalq artisti Zaur Rzayevin səhnə fəaliyyətinin 50 illiyinə həsr olunmuş gecə keçiriləcək.

Son.az xəbər verir ki, konsertdə Zaur Rzayevin musiqisevərlər arasında sevilən və tanınan "Dilbərim", "Cavanlığım", "Bilirəm gedmisən", "Sev məni", "Duman", "Ay qız", "Sarı bülbül", "Vəfalısan gözəlim" və digər mahnıları səsləndiriləcək.

Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-50 manat təşkil edir. Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından,www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardanəldə edə bilərsiniz.