Azərbaycan və MDB ölkələri mobil rabitənin yeni tezliyə keçirilməsi üçün danışıqlar aparır


Digərləri 07 Yan 2019 20:08:12 244 0

Azərbaycan və MDB ölkələri mobil rabitənin yeni tezliyə keçirilməsi üçün danışıqlar aparır

Azərbaycan və digər MDB ölkələri 694-790 meqaherts tezliklərin mobil rabitənin ehtiyacları üçün boşaldılması üzrə danışıqlara başlayıb.

Son.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Beynəlxalq Elektrik Rabitəsi İttifaqının (ITU) Radiorabitə Bürosunun direktoru Fransua Ransi deyib.

O bildirib ki, Azərbaycan həmin spektrdə tezliklərdən istifadə etməsi üçün qonşularla razılıq əldə etməlidir:

"Bu istiqamətdə danışıqlar başlayıb. Biz bir neçə görüş keçirmişik. MDB ölkələri bir müddət əvvəl 694-790 meqaherts tezliklərin mobil rabitə üçün istifadəsi ilə bağlı danışıqları başlamaq razılığına gəlib".