Karaqandada ermənilər əleyhinə mitinq


Dünya 07 Yan 2019 19:30:00 214 0

Karaqandada ermənilər əleyhinə mitinq

Karaqanda şəhərində 23 yaşlı qazax gəncin ermənilər tərəfindən qətlə yetirilməsinə etiraz əlaməti olaraq yanvarın 6-da keçirilən izdihamlı mitinqdən sonra Qazaxıstan və Ermənistanın Xarici İşlər nazirlikləri arasında danışıq aparılıb.

Son.az bildirir ki, virtualaz.org erməni KİV-lərinə istinadla xəbər verir ki, yanvarın 7-də Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zoqrab Mnatsakayan Qazaxıstanın xarici işlər naziri Beybut Atamkulova zəng edərək bu insidentin millətlərarası münaqişəyə çevrilməsinin qarşısının alınmasını xahiş edib.

Ermənistan XİN-in yaydığı bəyanatda qeyd olunur ki, "tərəflər yaranan vəziyyətin çox həssas olduğunu bildiriblər və gərginliyin artmasının qarşısını almaq üçün yeni vasitələr tapılmasının zəruriliyini vurğulayıblar. Bu məqsədlə iki ölkənin müxtəlif dövlət orqanları arasında birbaşa əlaqələrin yaradılmasının da zəruri olduğu qeyd edilib".