Kikboksinq üzrə açıq birincilik keçiriləcək


İdman 07 Yan 2019 19:40:00 462 0

Kikboksinq üzrə açıq birincilik keçiriləcək

Azərbaycan Kikboksinq Federasiyası, Suraxanı rayon Gənclər və İdman İdarəsi və "Vətən” idman klubunun təşkilatçılığı ilə yanvarın 12-i və 13-də Şağan Olimpiya İdman Kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş "Vətən” kikboksinq klubunun açıq birinciliyi keçiriləcək.

Goal.az xəbər verir ki, yarışın keçirilməsində məqsəd kadetlər, yeniyetmələr və gənclər arasında kikboksinq idman növünün inkişafı, kikboksinq idman növünün kütləviliyinə nail olmaq, gənclərin sağlam və milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi, eyni zamanda idman klubunun yığma komandasının komplektləşdirilməsindən ibarətdir.

Komandaların gəlmə və çəki günü 12 yanvar saat 16.00-dan 20.00-a kimi "Vətən” kikboksinq klubunun zalında keçiriləcək.

Yarış Beynəlxalq WAKO qaydalarına uyğun lou-kik və kik-layt versiyaları üzrə baş tutacaq.